Müğənni Aytac Vidadiqızı geyimi və aksessuarlarının qiyməti ilə hər kəsi təəccübləndirib.
O, bu barədə “MTV maqazin” verilişinə danışıb:
“Üzərimdə bu libas özəl olaraq mənim üçün Bakıda, yerli atelyelərin birində tikilib. Bu geyim mənə 1500 manata başa gəlib.
Ayaqqabılarım isə qarderobunda uzun illərdir ki, var. “Dolce & Gabbana” brendinə məxsus ayaqqabılarımın dəyəri isə 350 avrodur (təxminən 630 manat). Çanta da uzun müddətdir məndədir. Mənim üçün ən önəmli aksesuar çantadır. Hər zaman brend və marka çantalardan istifadə edirəm. Çantam “Chanel” markasına aiddir. 7000 dollara (təxminən 12000 manat) Fransadan almışam”.
Onun bu açıqlaması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.