Azad edilmiş ərazilərdə şəxsi heyətin maddi-texniki təminatı yoxlanılıb – FOTObackend

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayəor Qədir Nəsibov işğaldan azad olunan ərazilərdə olub.

Müdafiə Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata ə, şəxsi heyətin sosial-məişət şəraiti, maddi-texniki təminatı, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanan general-mayor Q.Nəsibov burada aparılan təmir-tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçularla görüşən general-mayor Q.Nəsibov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib, onlara möhkəm can sağlığı, şərəfli xidmətlərində uğurlar arzulayıb.

Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin sürətlə davam etdirildiyi bildirilib.

Sonda şəxsi heyətin təminatının daha da yaxşılaşdırılması, eyni zamanda təmir-tikinit işlərinin keyfiyyətli aparılması ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti üzrə çatdırılıb.