Azad Şuşamız öz sakinlərini qoynuna alırbackend

Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci ilnoyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanıdirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük.” Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevŞuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarınıntəqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Ulu öndər Heydər Əliyevin 101-ci doğum günündə Şuşadaiki bayramı qeyd edən sakinlərin gözlərindəki sevincduyğuları, cənab prezident İlham Əliyevin məğrur duruşu, qürur hissi ilə sakinlərə təbrik nitqi bir daha göstərdi ki, buxalqın taleyinə yazılmış qəhrəmanlıq, mübarizlik əbədidir. Öz rəhbərinin ətrafında sıx birləşərək bütün çətinliklərimərdi-mərdanə dəf edən Azərbaycan xalqı, heç vaxtinamını itirməyən şuşalılar 32 ildən sonra qovuşduqlarıdoğma yurd-yuvanın gözəlliklərini doya-doya seyredirdilər. Ölkə başçısı öz nitqində onları 32 il bundanəvvəlki çətin, ağrılı günlərə qaytarır, bu illlər ərzindəkeçilmiş yolların çətinliyini, aparılan mübarizəninxarakterini dilə gətirirdi: “Uzun illər mən prezident kimiçalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. üçün?! ÇünkiErmənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızıəbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasındaduran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədietmək istəyirdilər.”


Cənab Prezident İlham Əliyev çıxışında bir daha 44 günlükmüharibədə Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlıqdastanı yazdığını, müharibəyə qədər həyata keçirilənislahatların, həyata keçirilən siyasətin ancaq ancaqqələbəyə gedən yolun təmin edilməsinə yönəldiyini qeydedərək demişdir: “Biz hazırlaşırdıq, ölkəmizigücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordupotensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, – bu günbizim qürur mənbəyimiz olan Şuşanı o vaxt işğal altındaolan digər torpaqları öz canı-qanı bahasına azad edən, – yetişdirirdik yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gəncnəsil yetişdirdik onlar mənim əmrimlə 44 gün ərzində özsinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkügünə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhməteləsin.”
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəlitorpaqlarımızı işğalçılardan azad etdik”-deyə bildirən cənabİlham Əliyev bildirdi ki, bu əməliyyat nəticəsindəAzərbaycan xalqı öz dövlət müstəqilliyini suverenliyinibir daha qətiyyətlə təsdiq etmiş oldu.


Qələbədən sonra dövlətimizin əsas qayəsinin Qarabağı Şərqi Zəngəzuru dirçəltmək, bu əziz, müqəddəs vətəntorpağına yeni nəfəs vermək olduğunu bildirən rəhbərimizdedi: “Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, bizŞuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanıgörürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çoxgenişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərindoğum günündə üçüncü yaşayış kompleksinin təməliqoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinintəməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşaediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bumənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıqüslubundaŞuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir əminəm ki, uzun fasilədən sonraşuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasınıqoruyacaqlar.

Ulu öndərin 101-ci doğum günündə öz yurd-yuvalarınaqayıdan sakinlərə yeni evlərinin açarlarını təqdim edəncənab İlham Əliyev eyni zamanda bizim haqq işimizə kölgəsalmağa çalışanlara da öz mesajlarını çatdırdı: “Bu gün baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlarFransa Amerika. Bunu açıq demək lazımdır, daha çoxFransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənarbu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısasəfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdimedilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik.

Eltun Süleymanov,

Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini