AZAL-a hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə yazılan protokola bu tarixdə baxılacaqbackend

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

“Yeni Gundem”-in xəbərinə görə, sənədə Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə mayın 17-də baxılacaq.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayevdir.