“Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarələrinin baxımsız olması ilə bağlı video yayıldı
“Yeni Gundem” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə aydın görünür ki, AZAL-ın təyyarələrinin şinləri istismar yararız olsada dəyişdirilməyib.
Sosial şəbəkə istifadəçiləri AZAL-ın rəhbərliyini belə məsələyə görə cavabdeh olduqlarını qeyd edərək onları belə halların sərnişinləri təhlükəyə atdıqlarını bildiriblər.
Videoda göründüyü kimi təyyarələrin şinləri yararsız olduği halda dəyişdirilməyib. Belə hal qış aylarında daha təhlükəli vəziyyət yaradır. Belə ki, təyyarənin eniş və üçüş zamanı qəza keçirməsi ilə nəticələnməsi qaçılmazdır.
Qeyd edək ki, bir müddət öncə məhkəmə qərarı ilə AZAL sərnişinlərin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələnmişdir
Məsələ ilə bağlı AZAL-dan heç bir açıqlama verilmədi. Qeyd edək ki, videonu çəkən qurumun texniki işçisi olduğu bildirilir. AZAL-ın mövqeylərini dərc etməyə hazırıq.