“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bu barədə təcili xidmət orqanları məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.
Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Qeyd edilib ki, baş verən yanğın söndürülüb.
Report