AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar bəzi reyslərin gecikdiyini açıqladıbackend

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reyslərində gecikmələr müşahidə olunur.

Aşağıdakı reyslər təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir:

İslamabad-Bakı (J2 5144);

Dammam-Bakı (J2 8210);

Dehli-Bakı (J2 058);

Dubay-Bakı (J2 016).