Azarkeş üzünə tüpürdübackend

Argentinanın “Velez” klubunun baş məşqçisi Omar De Felipe istefa verib.

“Yenigundem” “Qafqazinfo” ya istinadən xəbər verir ki, “Velez”in öz meydanında 0-2 hesabı ilə məğlub olduğu “Santa Fe” məğlubiyyətindən sonra bir azarkeş De Felipenin üzünə tüpürüb.

Baş məşqçi bu hadisədən sonra istefa qərarı alıb.

Qeyd edək ki, “Velez” 8 turdan sonra 10 xalla 18-ci pillədə yer alıb.

Yenigundem.Az