Bir sıra yerli mətbuat orqanlarında 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa öz təşəbbüsü ilə namizəd olmuş İlkin Rəhimovun belə bir müraciəti tirajlanıb. Namizəd İlkin Rəhimovun yazdığı və ölkə rəhbərliyinə ünvanladığı müraciətdə 8 saylı Binəqədi birinci seçki dairəsinin vasitəçilik etdiyi, namizədi digər namizədlə görüşməyə sövq etdiyi, psixoloji təsir-təziq etdiyi və fikrindən daşındırmağa çalışdığı ifadə edilir.
“Yeni Gundem”in xəbərinə görə, bu barədə həmin dairə üzrə digər namizəd Ağasif Şakiroğlu məlumat yayıb.
“Mövcud namizədlərdən biri olan Azay Quliyev tərəfindən əla alınmağa çalışdığı və bu baş vermədikdə, təhdid olunduğu ifadə edilir. Bütün bunlar araşdırma mövzusudur. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası məsələni dərhal nəzarətə götürməli və baş verənlərə hüquqi qiymət verməlidir. Əgər belə hal baş veribsə və Azay Quliyev mövcud imkanlarından istifadə edərək digər namizədə hədə-qorxu gələrək üstünlük əldə etmək istəyibsə, qanunvericiliyin tələblərinə uyğun olaraq onun namizədliyi mütləq formada ləğv edilməli və Dairə Seçki Komissiyasının fəaliyyəti təftiş edilməlidir. Hesab edirəm ki, belə işlər görmüş seçki dairəsi ədalətli seçki keçirə bilməz”, – o qeyd edib.
Pravda.az A.Quliyevin özü və köməkçisi ilə əlaqə saxlasa da, zənglərə cavab verməyiblər. Tərəflərə bərabər şərait yaratmağa hazırıq!