“Ağsaqqal” obrazı ilə tanınan və sevilən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva yeni paylaşım edib.
Pravda.az xəbər verir ki, o, Azərə yazdığı “Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox” mesajını paylaşıb.
Nigar fotoya “Oyanmadın” şərhini yazıb.
Xatırladaq ki, Azər Baxşəliyev böyrək xəstəliyindən əziyyət çəkirdi, yanvarın 1-də təcili xəstəxanaya çatdırılıb. Hazırda komadadır./olay.az