Azər Rəşidoğludan xəbər varbackend

Jurnalist Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.

Bu barədə jurnalist Rəsul Mirhəşimli bildirib: “Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər”.