Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC məhkəməyə verilib.
“Yeni Gundem”-in xəbərinə görə, MMC ilə bağlı Bakı Kommeriya Məhkəməsinə müraciəti “Azər-Türk Bank” ASC edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır.
Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.