“Azər-Türk Bank” Elxan Əzizovun rəhbərlik etdiyi şirkəti məhkəməyə verdibackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC məhkəməyə verilib.

“Yeni Gundem”-in xəbərinə görə, MMC ilə bağlı Bakı Kommeriya Məhkəməsinə müraciəti “Azər-Türk Bank” ASC edib.

Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.