Ötən il Azərbaycan İtaliyaya 6 754 416,21 min ABŞ dolları dəyərində 10 950 355,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 081 932,85 min dollar dəyərində 1 770 234,87 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. Ötən il bu ölkəyə 873 398,61 min dollar 1 436 178,46 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 25 ölkəyə 14 437 355,99 min dollarlıq 23 596 132,23 ton neft ixrac edilib.
Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik: