Azərbaycan bankları ipoteka kreditləşməsi üçün yeni limitləri aktivləşdirdibackend

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

“Yeni Gundem” xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.