Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.
Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Komandamızın heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.
Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, komandamız Bakıya bu gün axşam saatlarında qayıdacaq.