Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri medianın suallarını cavablandırarkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir.
“Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir”,- deyə o qeyd edib.
Fərahim Rəhimov