Azərbaycan D8-ə üzv olmaq üçün müraciət edibbackend

Azərbaycan Respublikası D8-ə (İslam G8) üzv olmaq üçün müraciət edib.

“Yeni Gundem” xəbər verir ki, bu haqda “Haber Türk” kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Türkiyənin XİN rəhbəri bu təşkilatın tezliklə D20-yə çevrilməsinin vacibliyini qeyd edib.

Çavuşoğlu həmçinin İslam Əməkdaşlıq Təşkilatında (İƏT) islahatlara ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, İslam Səkkizliyi  Banqladeş, Misir, Nigeriya, İndoneziya, İran, Malayziya, Pakistan və Türkiyə arasında əməkdaşlığın inkişafı üçün beynəlxalq təşkilatdır.

Fərahim Rəhimov