Azərbaycan dövlətinin ali məqsədi onun vətəndaşının rifahının, sosial həyatının yüksək səviyyədə olmasıdır.
Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda çıxışı zamanı deyib.
“Ümummilli Lider həmişə deyirdi ki, Konstitusiyamız elə bir sənəd olmalıdır ki, ondan bütün vətəndaşlar istifadə edə bilsin, yararlansın.
Azərbaycan dövlətinin ali məqsədi onun vətəndaşının rifahının, sosial həyatının yüksək səviyyədə olmasıdır. Dövlətimiz sosial dövlətdir. Hər zaman vətəndaşının əmək hüqunu, onun təminatını düşünür”, – o qeyd edib.