Azərbaycan əhalisinin sayı açıqlandıbackend

Ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10183661 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.