Azərbaycan əsilli MMA idmançısı “Ataman” ləqəbli Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib.
“Yeni Gündəm”-in xəbərinə görə, Fiziyev UFC Vegas 44 turniri çərçivəsində Bred Riddellə qarşılaşıb və möhtəşəm nokautla qalib gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Qırğızıstan bayrağı altında çıxış edən Azərbaycan əsilli MMA ustası Rafael Fiziyev dini təzyiqlərə görə Qırğızıstanı tərk etmək məcburiyyətində qalıb.
O, bu döyüşə heç bir ölkənin bayrağı altında çıxmayıb.