Azərbaycan futbolu Parisdən idarə olunur – Elxan Məmmədovun kadrı PFL-ə gətirildibackend

Bildiyiniz kimi, bu gün Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən gedib, qurumun konfransı keçirilib və Elxan Səmədov PFL-in prezidenti seçilib.

“Yeni Gündəm”-in məlumatına görə, E.Səmədov bu ilin mayında AFFA-nın Baş katibi vəzifəsindən uzaqlaşdırılan Elxan Məmmədovun ən yaxın adamlarından biridir.

Görünən budur ki, hələ də Azərbaycan futbolunu hazırda Parisdə yaşayan və FİFA-da yüksək vəzifə daşıyan E.Məmmədov idarə edir, onun ölkə futbolu üzərində ciddi təsir imkanları qalmaqdadır.

Diqqət ediriksə, E.Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra ölkə futbolunda ciddi nəticələr əldə olunub. Son iki ayda futbolçularımızın qazandığı qələbələri təsadüfi hadisə hesab etmək sadəlövlük olardı.

PFL-nin yeni prezidenti E.Səmədov E.Məmmədovun ən yaxın kadrlarından biri kimi 2009-cu ildə AFFA-da Departament direktoru təyin olunmuşdu. E.Məmmədova yaxın olmayan şəxs bu posta təyin oluna bilməzdi.

Milli Məclisin deputatı Aqil Abbas PFL-də baş verən dəyişikliklərə, Ramin Musayevin PFL-dan getməsinə maraqlı münasibət bildirib:

“Kimisə, özlərinin bir adamını qoyacaqlar, əlaltı eləyəcəklər. Ramini əlaltı edə bilməyiblər. Nə bilim, tapıb qoyacaqlar da, o qədər adam var ki”.

Azsiyaset.com