“Azərbaycan Gözəli 2021”-in qalibi məlum oldu – FOTObackend

Show Production-nun layihəsi olan “Azərbaycan Gözəli-2021” gözəllik yarışmasının final gecəsi təşkil olundu. Layihə rəhbəri Cavid Zamanlı saytımıza bildirdi ki : “Azərbaycan Gözəli” yarışması artıq on ilə yaxındır ki, Show Production tərəfindən təşkil olunur.

Bu il ki, yarışmada otuz iki  xanım iştirak edirdi, onlardan  on bir xanım iştirakçı finala vəsiqə qazanmışdır. Yarışma iştirakçıları 16-35 arası olan Azərbaycan xanımları idi. Final gecəsi olduqca maraqlı keçdi, belə ki, Nicat Həsənzadənin aparıcılığı ilə keçən gecədə  həm bir çox tanınmış simalar iştirak edirdi, həmdə iştirakçılar özünəməxsus çıxışları ilə hər kəsin marağına səbəb olmuşdur. İştirakçı xanımlar bir neçə fərqli geyimlərdə münsiflərin qarşısına çıxdılar. Onu da xüsusi qeyd etməliyəm ki, final gecəsində qaliblər yalnız münsifələrin qərarları ilə deyil, həm də tədbirdə iştirak edən tamaşaçıların verdiyi səslərə görə müəyyən olundu.”  Cavid Zamanlı daha sonra  qeyd etdi ki: “gecədə iştirak edən  tanınmış simalara  tərəfimizdən  “Best Fashion Awards” mükafatı da təqdim olundu.”

“Azərbaycan Gözəli-2021” Milli Gözəllik yarışmasının qalibləri aşağıdakılardır:

I yerin qalibi Talya Əliyeva

II yer  Günay Gözəli

II yer  Afaq İsmayılzadə

IIl yer  Məryəm Hüseynova

III  Nuranə Rəhimova

Qeyd edək ki, layihənin informasiya dəstəyi Showbiz.az, Big.az, Yenigundem.az  saytlarına məxsusdur.