2014-cü ilin “Azərbaycan gözəli” Cavidan Qurbanova ikinci dəfə ana olub.
“Yeni Gundem” xəbər verir ki, o, növbəti dəfə Amerikada övlad dünyaya gətirib.
Tanınmış model instaqramda San-Fransiskoda ikinci oğlunun doğulduğunu qeyd edib. Cavidan xəstəxanada fotolar paylaşaraq doğuş prosesi barədə fikirlərini qeyd edib:
“San-Fransiskoda doğuş 15-100 min dollar arasında dəyişir. Qeysəriyyə əməliyyatı həmişə 5 min dollar bahadır. Hər şey şəraitdən və xəstəxanadan asılıdır, siğortasız doğuş etmək məsləhət deyil. Xəstəxanaya daxil olduqdan 12 gün sonra ana oldum. Orxan ( həyat yoldaşı Orxan Məmmədov) doğuş müddətində yanımdan ayrılmadı, oğlumuzun göbəyini isə özü kəsdi”.
Qeyd edək ki, Cavidan Qurbanova üç ildir ki, ABŞ-da yaşayır. Onun ilk övladı Azad ötən ilin avqustunda dünyaya gəlib.