“Azərbaycan Hava Yolları” məlumat yaydıbackend

Qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

“Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, – qeyd olunub.