Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nda iştirak ediblər.
Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr, praktiki məşğələlər keçirilib.
“Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.
Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.