Azərbaycan mədəniyyətinə ağır itki -Oktay Əliyev dünyasını dəyişdibackend

Bu gün Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, rejissor Oqtay Əliyev yol-nəqliyyat qəzası nəticəsində dünyasını dəyişib.

“Yeni Gundem”– in əldə etdiyi məlumata görə hadisə Bakı ətrafı ərazidə baş verib.

Rejissorun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan Respublikanın Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Allah rəhmət eləsin.

Fərahim Rəhimov