Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olubbackend

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.

“Yeni Gundem” xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.