Azərbaycan ordusu Araz çayını keçdi – VİDEObackend

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başlayıb. Təlimlər Azərbaycanın İranla sərhədində Astara, İmişli və Cəbrayıl bölgələri ərazisində Araz çayının kənarında keçirilir və panton körpülər vasitəsilə Arazın üzərindən keçid məşqləri edilir.

Bununla bağlı görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Videoda hərbçilərimiz Araz çayı üzərində panton körpülər salır, sonra isə tanklar və əsgərlər digər sahilə keçir.

Bizim.media