Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən 4 Ermənistan hərbçisini məhv etdibackend

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına deyib.

Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.

Ermənistan Müdafiə Nazirliyi də 4 hərbçisinin öldüyünü, birinin yaralandığını açıqlayıb.

APA