Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.
Təlim-məşq uçuşlarının planına uyğun olaraq, bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.