Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdibackend

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

Yeni Gundem” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

Allah rəhmət eləsin!