Azərbaycan Ordusunun xüsusi təyinatlıları beynəlxalq təlimdə tapşırıqları icra ediblər – VİDEObackend

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən “Yeni Gundem”-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.

Qeyd edilib ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.