Azərbaycan parlament seçkisini müşahidə etmək üçün AŞPA-ya dəvət göndərməyibbackend

Azərbaycan sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməyib.

Bu barədə diplomatik mənbə məlumat verib.

Bildirilib ki, buna əsas səbəb Avropa Şurası və onun Parlament Assambleyasının artıq neçə ildir, Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsidir.

Mənbə onu da diqqətə çatdırıb ki, AŞPA müşahidəçi missiyasının seçkidə iştirakı yalnız Azərbaycan nümayəndə heyətinin mandatının tanınmasından sonra müzakirə oluna bilər.

Xatırladaq ki, bu il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səsvermə hüququ məhdudlaşdırılıb və səlahiyyətləri sual altına alınıb. Azərbaycan nümayəndə heyəti öz növbəsində bu qərardan öncə qurumda mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Report