Aprelin 29 u Azərbaycan Peşəkar S-1 Döyüş Liqası İctimai Birliyinin konfransı keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, tədbirdə 1ci və 2ci Qarabağ müharibəsinin iştirakçıları qazilər və media üzvləridə iştirak ediblər.
Liqanın prezidenti Mərdan Vəliyev konfransı açıq elan etdikdən sonra Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Liqanın fəaliyyəti,gələcək tədbirlərin keçirilməsi və idarə heyətinin yeni üzvlərinə xidməti vəsiqələrin təqdim edən Liqanın baş katibi Zaur Əsgərov S-1 liqasının məqsədlərindən danışıb.
Yeni Qərara əsasən:
– Quliyev Xəyal birinci vitse-prezident
– Tosif Mahmudov vitse-prezident
– Vidadi Ağagülov vitse-prezident
– Vüqar Nəcəfov Ümumi məsələlər üzrə vitse-prezident
– Əsgərov Zaur baş katib
– Muxtar Məmmədov Texniki Direktor
– Maxsudov Elçin Ümumi məsələlər üzrə vitse-prezidentin müavini seçilib.