Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının bombardiri olan Namiq Ələsgərov 8 qol vurub.
“Yeni Gündəm” xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi 8 komandanın mübarizə apardığı çempionatlarda qış fasiləsinə qədər ən çox qola imza atan yerli futbolçu olub.
2016/17 mövsümündən indiki formatda keçirilən yarışda yalnız bir dəfə fasiləyədək daha çox qol vuran oyunçuya təsadüf olunub. Bu, 3 il əvvəl “Qəbələ”də 9 qola imza atan Baqali Dabodur. Yalnız fransalıdan geri qalan Namiq yerli futbolçular arasında ən yüksək göstəriciyə nail olub. O, iki mövsümdə 7, bir dəfə 6 qolla ilk bölümü tamamlayan Mahir Emrelinin nəticəsini arxada qoyub.
2016/17: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) – 7 qol
2017/18: Baqali Dabo (“Qəbələ”) – 9 qol, Mahir Emreli (“Qarabağ”), Riçard Qadze (“Zirə”) – 6 qol
2018/19: Baqali Dabo (“Neftçi”), Mahir Emreli (“Qarabağ”) – 7 qol
2019/20: Lorenzo Frutos (“Keşlə”), Peyman Babayi (“Sumqayıt”) – 6 qol
Stiven Monroz (“Neftçi”), Mehdi Şərifi (“Sumqayıt”) – 5 qol
2020/21: Namiq Ələsgərov (“Neftçi”) – 8 qol, Filip Ozobiç (“Qarabağ”), Mahir Emreli (“Qarabağ”) – 7 qol, Əli Qurbani (“Sumqayıt”) – 6 qol.
Mənbə: pfl.az