Azərbaycan Prezidenti İrandakı səfirliyimizə hücumla bağlı başsağlığı veribbackend
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizəçinin ailəsinə və yaxınlarına başsağlığı verib.
Bu barədə dövlət başçısı tviterdə paylaşım edib.
Prezident İlham Əliyev bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb:
“Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.