Azərbaycan Qran-prisinin vaxtı təsdiqləndibackend

Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün “Formula-1” təqvimini təsdiqləyib.

“Yeni Gündəm”-in məlumatına görə, yarış gələn il 23 mərhələdən ibarət olacaq.

Lakin bunlardan birinin – aprelin 25-dəki Qran-Prinin yeri dəqiqləşməyib. Mövsüm Melburnda start götürəcək və Abu-Dabidə yekunlaşacaq.

Bakıdakı Azərbaycan Qran-Prisi iyunun 6-da baş tutacaq.

1. Avstraliya Qran-Prisi – 21 mart

2. Bəhreyn Qran-Prisi – 28 mart

3. Çin Qran-Prisi – 11 aprel

4. dəqiqləşməyib – 25 aprel

5. İspaniya Qran-Prisi – 9 may

6. Monako Qran-Prisi – 23 may

7. Azərbaycan Qran-Prisi – 6 iyun

8. Kanada Qran-Prisi– 13 iyun

9. Fransa Qran-Prisi – 27 iyun

10. Avstriya Qran-Prisi – 4 iyul

11. Böyük Britaniya Qran-Prisi – 18 iyul

12. Macarıstan Qran-Prisi – 1 avqust

Yay fasiləsi

13. Belçika Qran-Prisi – 29 avqust

14. Niderland Qran-Prisi – 5 sentyabr

15. İtaliya Qran-Prisi – 12 sentyabr

16. Rusiya Qran-Prisi  – 26 sentyabr

17. Sinqapur Qran-Prisi – 3 oktyabr

18. Yaponiya Qran-Prisi – 10 oktyabr

19. ABŞ Qran-Prisi – 24 oktyabr

20. Mexiko Qran-Prisi – 31 oktyabr

21. San-Paulu Qran-Prisi – 14 noyabr

22. Səudiyyə Ərəbistanı Qran-Prisi – 28 noyabr

23. Abu-Dabi Qran-Prisi – 5 dekabr

Qeyd edək ki, İspaniya Qran-Prisinin təşkilatçıları hələ “Formula-1” ilə yeni müqavilə imzalamayıb.