Xatırlayıram, il 2014, gün – 24 iyun. Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasınınsessiyasında müfəssəl çıxışı Qərb mətbuatında genişmüzakirələrə yol açmışdı. O cümlədən Azərbaycandada sosial şəbəkələrdə paylaşılır, vətəndaşlarımız Prezidentin çıxışından sitatlar gətirməkdə davam edirdilər.
Buna səbəb isə AŞPA-da bir qrup“Azərbaycansevərlər”-in İ. Əliyevə verdikləri qərəzli suallar və Prezidentin onlara dolğun cavabları idi.Assambleyadakı çıxışı izlərkən yadımdan qalan birepizod var. Üstündən 10 ilk keçməsinə baxmayaraqyenə də aktualdir. AŞPA-da sosialist qrupu adındançıxış edən Maykl Maknamara prezident İlham Əliyevə ölkəmizin siyasi həyatından danışaraq qeyri-adekvatçıxış etdi, onun sualları isə ölkəmizin reallıqlarındanuzaq idi. Cənab prezidentin cavabı isə belə olmuşdur: Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada hər hansı bir nəzərə çarpan uğur əldə etməmisiniz və əminəm ki, sizin dünənki təşəbbüsünüzün nəticəsi bir neçə il bundan öncə olan təşəbbüsün nəticəsi ilə eynilik təşkil edəcəkdir. Bununda nəticəsi 2013-cü ilin yanvar ayında cənab Ştrasserin burada fiaskoya uğraması idi. Əfsuslarolsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb.
Biz bunların mənbəyini və səbəbini bilirik.Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər”. Bununlar Maykl Maknamara növbəti fiaskoya uğradı.
Üstündən 10 il keçməsinə baxmayaraq, Prezidentin bu çıxışı bugün də AŞ PA-da ermənipərəst, islamofob qüvvələrin ölkəmizə qarşı yol verdikləri siyasi-etikyalnışlığa cavabdır. Bəli, yenə həmin deputatlar birmərkəzdən tapşırılanı kagiz üzərindən oxuyur və sonra dediklərini demokratiya adı altından don geyindirirlər. Deməli, AŞPA əslində başqa ölkələrə təlqin etdiyi demokratik islahatları heç ozünə tətbiqetməyib. Əks halda 10 il ərzində bu islahatların bugün nəticəsini Azərbaycana olan dəyişən pozitiv münasibətdə görə bilərdik. Azərbaycan dövlət olaraq heç bir başqa dövlətin əraizisinə iddia qaldırmamış, soyqirim həyata keçirməmiş, və yüzminlərlə vətəndaşlarını torpaqlarından didərgin salmamışdır.Başqa məqam daha var.. Görünür, 2023-cü ilin sonunda Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” elan etməsini Fransa həzm edə bilmədi. Heç həzm etməsini də istəmədik. Beləliklə, hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbuledilməməsi ilə bağlı məsələdə Fransanın siyasikonturları var. Fransa AŞ PA-da müxtəlif lobbiqruplarında Azərbaycana təzyiq edilməsini tövsiyə edib. Olsun. Amma unutmayaq ki, Azərbaycan özsiyasi nüfuzunu AŞPA-sız da həyata keçirmişdir.Odur ki, İkinci Qarabağ müharibəsində AŞ PA və onun kimi siyasi qurumlar Azərbaycanın ədalətli mövqeyini beynəlxalq platformada qaldırmadılar, əksinə Fransanın dəstəyi ilə Azərbaycana “işğalçı” möhürüvurmağa çalışdılar. Lakin olmadı, elə bundan sonrada olmayacaq. Azərbaycan regionda sulh çarçısı olaraq öz missiyasina davam edəcək, ərazi bütövlüyütəmin etmiş ölkəmiz gələcəyə nikbin baxır. Bunuehtiva edən bütün siyasi və iqtisadi göstəricilər var. Qərbi Azərbaycan İcması da bundan sonra azərbaycanlılara qarşı tğrədilmiş vəhşiilikləri dünya ictimaiyyətinə çatdıracaq və bu istiqamətdə effektiv fəaliyyətləri əsirgəməyəcəkdir.
Elza Orucova
ATU-da dosent, QAİ QADINLAR ŞURASININ ÜZVÜDÜR