Azərbaycan Savat Millisi Avropa çempionatında 4 medal qazandıbackend

31.08 – 02.09.2023 cü il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində Savat idman növünün Assault növü üzrə Avropa çempionatı keçirilib.

Profil.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Azərbaycan Savat Federasiyasının Milli yığma komandası bu yarışda 6 idmançı ilə təmsil olunub. İdmançıları sizə təqdim edirik:

 

 

Qadınlardan ibarət milli komandanın üzvü Tutu İsmayılova 48 kq çəki dərəcəsində, kişilərdən ibarət milli komandanın üzvüləri isə 56 kq çəki dərəcəsində Seymur Şahbazov, 60 kq çəki dərəcəsində Həsən Əliyev, 70 kq çəki dərəcəsində Ağadədə Əliyev, 75 kq çəki dərəcəsində Beyrək Bağırov və 80 kq çəki dərəcəsində Sənan Babazadə təmsil etmişdir.

Qeyd edək ki, Azərbaycan Savat Fedarasiyasının prezidenti Rafiq Əliyev və Milli komandanın Baş məşqcisi Taleh Nağızadənin Rəhbərliyi ilə yollanan Azərbaycan Savat Millisi avropa Çempionatından ölkəmizə 4 medal qazandırıb.

Tutu İsmayılova bürünc medal, Seymur Şahbazov gümüş medal, Həsən Əliyev bürünc medal, Sənan Babazadə  bürünc medal.

Xüsusi qeyd etmək istərdik ki, Beynəlxalq Olimpiya komitəsinin iştirakı ilə oktyabr ayında Ər Riyad şəhərində keçiriləcək Dünya oyunlarına Azərbaycan Savat Federasiyasının Millisinin üzvü Tutu İsmayılova vəsiqə qazanıb.

Fidan Oruc Əliyeva