Azərbaycan xalqı dünyanın ən qədim mədəniyyətinə malik xalqlarından biridir. Zəngin musiqi xəzinəmiz, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız, memrlıq abidələrimiz var. Azərbaycan xalqı hələ Sovet hakimiyyəti illərində böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. Azərbaycanın görkəmli sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlar almış, bəstəkarlar, kinematoqrafçılar, teatr xadimləri, rəssamlar və.s peşə sahibləri qurultaylarda, konfranslarda iştirak etmiş və bütün sovet ölkələri arasında tanınmışlar. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi. XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yenidən müəyyənləşdirildi. Məhz ona görə də ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə kifayət qədər böyük maliyyə vəsaitinin ayrılmasını təmin etdi.Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.İstər sovetlər dönəmində istərsə də müstəqillik əldə etdikdən sonrakı dönəmdə Ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən mədəniyyət sahasəində görülən işləri və əldə olunmuş nəticələri sadalamaqla bitməz. Bircə onu demək istərdim ki, Azərbaycan Respublikasının dünyanın azad, demokratik, maddi və mənəvi baxımdan zəngin dövlətləri sırasında öz layiqli yerini tutmasına hesablanmış milli siyasətin nəticəsi olaraq xalqımız artıq dünyanın bütün coğrafi məkanlarında tanınır və sevilir.Azərbaycan xalqının yüksək mədəniyyəti onun sivil dünya ilə inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir. Ölkə prezidentinin mədəniyyətimizin hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, ölkə başçısı öz xalqının dünyada layiq olduğu səviyyədə təmsil olunması üçün hərcür şərait yaradır. Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev dühası işığında Naxçıvan Muxtar Respublikasında da sənətin hər növləri inkişaf etmişdir. Təmsil etdiyim Naxçıvan Rəssamlar Birliyi bila vasitə Ulu öndərimizin tövsiyə və tapşırığı ilə yaradılmışdır. Azərbaycanda ilk dəfə olaraq, realist rəssam Bəhruz bəy Kəngərli adına muzey fəaliyyət göstərmişdir və bu qəbildən nümunələri durmadan sadalamaq olar. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.Bu gün mədəniyyətimizin yüksək səviyyədə təbliğinin məsuliyyətini ulu öndərin adını layiqincə daşıyan Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva həyata keçirir. Fond, bir çox layihələri öz üzərinə götürərək azərbaycanın mədəniyyətini dünyada tanıdaraq, haqq səsinin carçısı oldu desək, yanılmarıq.
Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində ulu öndərimiz qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi.Ümummilli liderimiz milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Ulu öndər heydər Əliyevin bu konsepsiyasına onun yaratdığı Yeni Azərbaycan Partiyasının hər üzvü bu gün də riayyət etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi milli dəyərlərə dövlət səviyyəsində diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Ölkə prezidentinin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Bu yolda Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük minnətdarlıqla qarşılayır. Keçən il ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın yüz illikləri qeyd olundy. 2023-cü ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev ili elan etmişdir və jeçən il görülən bütün uğurlu naəliyyətlər məhs Ulu Öndərimizə həsr olundu. Bu dünya səbəb –hadisə və ondan doğan məntiqi nəticələrin, düşüncə tərzinin palitrası olsa da, bu palitra hər fırçanı sənət əsəri yarada biləcək səviyyədə öz bətnində əzizləmir. Palitra-fırça sənətkar əlində olmalıdır. Tanrı Heydər Əliyev şəxsində Azərbaycan xalqına elə bir böyük şəxsiyyət bəxş etmişdir ki, bu sənətkar ən gözəgəlməz rənglərdən belə hər bir kəsə xoş gələcək, rəngləri tutuşdurub milyonların qəlbini ehtirasa gətirməyi bacarmışdır. Tanrının Azərbaycan xalqına bəxş etdiyi müzəffər Lideri, xalqın prezidenti İlham Əliyev, Heydər Əliyevin siyasi kursunun varisinin bu il Azərbaycan Respublikasına rəhbərlik etməsindən 21 il keçir. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, mühüm işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi əstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi xalqımız Azərbaycana Prezident seçməklə ölkəmizin inkişafı, tərəqqisi və milli maraqlarımızın qorunması missiyasını ona həvalə etdi. Bununla, Azərbaycan xalqı həm də Heydər Əliyevin siyasi kursuna səs verdi və Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Ölkə başçısı İlham Əliyev Azərbaycanın dinamik inkişafını, tərəqqisini, çiçəklənməsini verdiyi praqmatik qərarlarla, imzaladığı sərəncam və fərmanlarla təmin edən qurucu, intellektual, bacarıqlı dövlət xadimi olduğunu bütün dünyaya nümayiş etdirdi
Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Bu gün Ata vəsiyyətini həyata keçirən İlham Heydər oğlu Əliyevin siyasətdə 21 ili qeyd olunur, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin qəhrəmanı olaraq Azərbaycanın yeni tarixini-zəfər tarixini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. 30 illik torpaq həsrətinə son qoyuldu. Hər azad olunan yurdumuzda bərpa quruculuq işləri aparılır. Tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərimizin ev muzeyləri, büst və heykəlləri bərpa olunaraq ikinci və əbədi həyat qazandı. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 21 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın ölkəmizə qarşı həyata keçirilən haqsız münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev, «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» – deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Alli Baş Komandan öz çıxışı zamanı bildirmişdir- “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Gözümüz aydın olsun bu gün Şuşa, Xudafərin, Xan Kəndi, Zəngilan azaddır, bizimdir! Bütöv Qarabağ Azərbaycanındır!
Milli Məclisin üzvü, əməkdar rəssam, YAP İdarə Heyyətinin üzvü, Ülviyyə Həmzəyeva
#GənclırFondu #ÜlviyyəHəmzəyeva #MilliMəclis #YAP #CulfaBabək #Culfa #Babək