“Azərbaycan sülhə məcbur etmə tədbirlərinə rəsmən start verib” – Deputatdan Qarabağla bağlı yeni açıqlamalarbackend

Hərbi təyinatlı yüklər Azərbaycana yanlız Azərbaycan dövlətinin müqavilə və razılığı ilə daxil ola bilər. Heç kim bizdən tələb edə bilməz ki, sizin ərazinizdəki separatçılara silah-sursat və yaxud canlı qüvvə daşıyırıq.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri ARB 24 -ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Ordusunun Cağazur və Zabux istiqamətində həyata keçirdiyi əməliyyatlar sərhəd nəzarət-buraxılış məntəqələri üçün real zəmin yaradır.

“Ümumiyyətlə heç bir beynəlxalq normada belə bir şey nəzərdə tutulmayıb. 30 il icra olunmayan BMT qətnamələrini Azərbaycan 44 gün ərzində həll etdi. Azərbaycan indi də 10 noyabr üçtərəfli bəyanatını birtərəfli qaydada özü həll edir.Azərbaycan Ordusunun Cağazur və Zabux istiqamətində keçirdiyi əməliyyatlar sərhəd nəzarət-buraxılış məntəqələri üçün real zəmin yaradır. Biz Laçın-Xankəndi yolunda buraxılış məntəqələrini qurmaq üzrəyik. Azərbaycan sülhə məcbur etmə tədbirlərinə rəsmən start verib. Burada müxtəlif üsullardan istifadə olunacaq. Bu ölkəmizin suveren hüququdur.Kiminsə hansısa formada razılığı lazım deyil”,- deyə o qeyd edib.