Azərbaycan sürətlə inkişaf edən ölkələrdən biri kimi dünyada nüfuz qazanmağa başladı – Vüqar İskəndərovbackend

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sürətlə inkişaf edən ölkələrdən biri kimi dünyada nüfuz qazanmağa başladı. Təbii olaraq, 44 günlük Vətən müharibəsi və 1 günlük lokal antiterror tədbirləri torpaqlarımızı düşmən tapdağından azad edilməsini və suverenliyimizin tam bərpa edilməsini özündə şərtləndirdi. Bundan sonra Azərbaycan işğaldan azad etdiyi Qarabağda,eyni zamanda Şərqi Zəngəzur iqtisadi zonalarında sürətlə quruculuq, bərpa tikinti işləri başladı. Ölkə başçısının da vurğuladığı kimi, dünyada belə sürətlə və keyfiyyətlə böyük bir ərazidə bu qədər işlərin görülməsini təmin edən ikinci ölkənin tanınması və bilinməsi bir az sual altındadır”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. Deputat qeyd edib ki, sözün əsl mənasında belə nümunə ortaya qoyan ölkənin olduğu hələ də məlum deyil.

Vətən müharibəsində döyüş taktikası ilə, qəhrəmanlıqla, şücaətlə, qətiyyətlə və müasir, çağdaş savaş həyata keçirən bir ölkə sülh dövründə eyni sürətlə, eyni performansla, eyni keyfiyyətlə bərpa tikinti quruculuq işlərini də apara bilir. Bu da bir ölkənin, gücünün inkişafının göstəricisi hesab edilir. Ölkəmiz qısa bir zamanda dövlət başçısının tapşırıqlarına əsasən bu prosesi də uğurla həyata keçirməkdədir. Təbii ki, indiki proseslərdə həmin bölgələrə 8 mindən artıq insan 30 ilə yaxın öz yaşadığı evindən kəndindən, şəhərindən didərgin düşsə də, artıq həmin yerlərə qayıdaraq layiqli həyat sürməyə başlamışdır. Erməni vandalları həmin bölgələrimizdə yalnız insanlarımıza soyqırım etməklə yox, həm də həmin ərazilərin yerlə yeksan etmiş bütün kəndləri və şəhərləri yer üzündən silmiş, mədəniyyət abidələrimizi və irsimizi də dağıtmışdır. Artıq o bölgələrdə mədəni irsimiz də bərpa olunur. Yeni müasir üsullarla “ağıllı kənd”, “ağıllı şəhər” prinsipi ilə yenidən qurma bərpa işləri aparılır”-deyən deputat vurğulayıb ki, qarşıdakı illərdə böyük insan kütləsi həmin ərazilərə qayıdacaq.

“Artıq Şuşada, Füzulidə, Laçında, Cəbrayılda, Ağdamda həm insanların yaşayışı, həm də böyük layihələr icra olunub və olunmaqdadır. Bütün bu şəhərlərin geniş planda müasirliklə öz kolaritinə uyğun, əvvəlki simasının saxlanılması şərtilə görülən işlər həmin bölgələri dünyanın ən cəlbedici bölgəsinə çevirəcək. Bölgələrdə Ağdamda, Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Xankəndidə və Xocalıda infrastruktur layihələri həyata keçirməkdədir. Həmin bölgə həm də yaşıl enerji zonası kimi inşa olunur -deyən deputat bildirib ki, paralel olaraq da pilot lahiyələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqinə də start verilib.

“”Ağıllı kənd” lahiyəsi ilkin olaraq Zəngilan rayonunun kəndində reallaşıb. Yəni ümumi olaraq, bu bölgə özünün həm bərpa, həm quruculuq işləri ilə paralel olaraq, oradan köçkün-qaçqın düşmüş insanların da qaytarılmasını özündə ehtiva edir və yaxın illərdə böyük insan qrupu o bölgələrdə yaşayacaq. Xankəndidə, Şuşada, Füzulidə və Xocalıda məktəb zənglərinin sədası eşidilir. Artıq yeniyetmələr, uşaqlar məktəblərə, Xankəndi şəhərində gənclər universitet təhsilinə başlayır. Bu cənnət bölgəmiz artıq öz sakinlərini qəbul edərək, orada onların rahat yaşaması üçün bütün şəraitlərinin yaradılmasını təmin edib . O bölgələrdə həyatın canlanması, həmin bölgələrin inkişafı dünyada Azərbaycanın hansı sürətlə inkişaf etməsini, onun gücünü və qətiyyətini göstərmiş olur”-deyə deputat vurğulayıb.