İranın paytaxtı Tehranda keçiriləcək “Fajr Open” və Asiya regionu üzrə “President Cup” G2 kateqoriyalı beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan taekvonduçularının adları bəlli olub.
Federasiyanın Mətbuat Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, kişi taekvondoçulardan Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Qaşım Maqamedov (hamısı 63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (hər ikisi 68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (hər ikisi 74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Radik İsaev (+87 kq ) mübarizə aparacaq.
Qadınlarda isə Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova, Səidə Əliyeva (hər ikisi 53 kq), Fatimə Məcidova (57 kq), Nuranə İbrahimova (62 kq), Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, “Fajr Open” 6 – 9 martda, “President Cup” isə 10 – 13 martda gerçəkləşəcək.