Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik fəaliyyətinə həsr olunan təntənəli yubiley tədbiri keçirildibackend

23 dekabr tarixində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik fəaliyyətinə həsr olunan təntənəli yubiley tədbiri keçirildi.

Hörmətli professor Kamran Musayev və dəyərli həmkarları!
Sizi və rəhbərlik etdiyiniz Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətini 20 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

20 il ərzində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ölkəmizin səhiyyə sistemində mühüm mövqe qazanaraq, ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində yüksək səviyyəli xidmətlər təqdim etmişdir. Cəmiyyətinizin fəaliyyəti həm tibbi yeniliklərin tətbiqi, həm də əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı maarifləndirmə proqramları ilə yadda qalmışdır.

Xüsusilə, professor Kamran Musayevin rəhbərliyi altında əldə olunan nailiyyətlər yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da diqqətlə izlənilir. Kamran müəllimin yorulmaz fəaliyyəti, elmi araşdırmaları və mütəxəssis hazırlığında göstərdiyi dəstək Azərbaycan tibb elmini daha yüksək zirvələrə qaldırmışdır. Onun təşəbbüsləri sayəsində cəmiyyət ürək-damar cərrahiyyəsi sahəsində bir çox yeniliklərə imza atmış və minlərlə insanın həyatına ümid işığı olmuşdur.

Yubiley tədbirində Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri, tibb elmləri doktoru Yazgül Abdıyeva tərəfindən, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik yubileyi münasibətilə xüsusi təbrik plaketi təqdim edilmişdir.

Əminik ki, Cəmiyyətiniz gələcək illərdə də öz fəaliyyətini uğurla davam etdirərək daha böyük nailiyyətlər qazanacaq və ölkəmizin səhiyyə sisteminin inkişafında aparıcı rol oynamağa davam edəcəkdir.

Bir daha sizi bu əlamətdar yubiley münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, davamlı uğurlar və yeni zirvələr arzu edirik!