Avropa bazarı,o cümlədən Bolqarıstan və onun qonşuölkələrinin bazarları böyük maraq kəsb edir. Qarşılıqlımaraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeniimkanlar açır.Çünki enerji sahəsində başlanılan çoxciddi əməkdaşlığın çox böyük gələcəyi var.
Bu gün Bolqarıstan və Azərbaycan iki dost və stratejitərəfdaş ölkələr kimi bir-biri ilə daha sıxəlaqədədirlər.Xalqlar arasındakı tarixi bağlar buəlaqələrin təməlində dayanan mühüm amillərdəndir.
Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabr ayının30-da Bolqarıstana etdiyi səfər Azərbaycan – Avropaİttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımındanböyük əhəmiyyət kəsb edir. 2015-ci ildə BolqarıstanlaAzərbaycan arasında imzalanmış strateji tərəfdaşlıqhaqqında Birgə Bəyannaməəməkdaşlığın davamlılığını təmin edir. Bəyannaməəlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbitedilmiş bütün məsələlər həyatda öz əksinitapmışdır.Eyni zamanda ölkələrimiz arasındaindiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlərkeçirilib.Bu gün artıq Azərbaycan qazı Bolqarıstanaixrac olunur və hazırda bu ixracın həcminin artırılmasıməsələsi gündəmdədir.
İki ölkənin dövlət başçıları arasında keçirilmişgeniştərkibli görüşdən sonra Azərbaycan Prezidenticənab İlham Əliyev mətbuata bəyanatla etdiyiçıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləribütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaqindiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Məlumhadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsiAvropa ölkələrinin alternativ enerji mənbələriaxtarışlarını daha da intensivləşdirib. Artıq Avropanındaha 3 ölkəsi – Rumıniya, Macarıstan və SlovakiyaBolqarıstana müraciət edib ki, əlavə qaz həcmini almaqvə nəql etmək istəyirlər. Ona görə Azərbaycan əlindəngələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarınıtəbii qazla təmin etsin. Prezidentimiz İlhamƏliyevin dediyi kimi, Azərbaycan uzun illərdir etibarlıtərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarınaixrac edir. İndi isə təbii qazı ixrac edən Azərbaycan busahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.
Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildənAvrasiya nəqliyyat dəhlizi layihəsində də iştirak edir. İki dövlət arasında həmçinin, regional təşkilat olanQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsindədə sıx münasibətlər mövcuddur. Bütün bu infrastrukturobyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindəntranzit yüklərin həcmi artsın.Cari ildə tranzit yüklərinhəcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə burəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan vəAzərbaycan nəqliyyatçıları indidən bir araya gələrəkuzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıqhaqqında fikir mübadiləsi aparacaqlar.İqtisadiyyat vəsərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçündə çox böyük imkanlar mövcuddur.Bolqarıstanşirkətləri Azərbaycanda daha genişmiqyaslı işləringörülməsinə dəvət olunacaq. İşğaldan azad olunmuşərazilər əməkdaşlıq üçün yeni imkanlaryaradacaq.Bütün bunlarla bərabər,AzərbaycanlaBolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatəedən bir sıra önəmli sənədlər imzalanıb.
Simuzər Hüseynli,
Nəsimi rayon sakini