Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi nə zaman imzalanacaqbackend

2023-cü ildə Cənubi Qazfqaza sülh gələcəkmi?

Artıq 2 ildən çoxdur ki, Qarabağ münaqişəsi tarixə qovuşub.44 günlük Dəmir Yumruq əməliyyatında istədiyinə nail olan Azərbaycan regionda sülh, əmin-amanlıq yaratmağı qarşısına məqsəd qoyub.Müharibədən iki il keçməsinə baxmayaraq, qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edərək, humanistliyini bir daha ortaya qoyub.Ermənistan isə, hər zaman ki, kimi öz çirkin kampaniyasından əl çəkmədi.Avropa İttifaqı və Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilən görüşlərdə öhdəsinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırtdı.Prezident İlham Əliyevin sülh müqaviləsi haqqında səsləndirdiyi bir fikri yadımıza salaq:”Ermənistan istəsə sülh müqaviləsi imzalanacaq, istəməsə bu olmayacaq. ”Sülhün bu gün ən çox kimə lazım olduğuda hamıya bəllidir. Azərbaycan onsuzda öz istəyinə özü nail olacaq. ”Ermənistan istəsədə, istəməsədə Zəngəzur dəhlizi açılacaq.”-Prezident İlham Əliyev

Bu gün hadisələr qarışıq axarında davam edir.Moskovada xüsüsi gündəliklə gəlib, qondarma rejimdə özünü dövlət naziri elan edən Vardanyan absurd bəyanatları ilə, real vəziyyətə don geyindirməyə çalışır.

İndi hamını bir sual maraqlandırır Cənubi Qafqaza sülh nə zaman gələcək?

Yeni Gündəm”-in suallarını cavablandıran Politoloq Murad Sadəddinov bildirdiki, Ermənistan-Azərbaycan müharibəsinin sonu Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi prespektivləri ilə bağlı bir çox faktorlar buna təsir edir.

“Ermənistanın mövqeyi və onun daxilində olan vəziyyət, Paşinyanın hakimiyyəti qorumaq stimulları, xüsusi olaraq Ermənistanın beynəlxalq aləmdən aslı olmağı faktorlar kimi qəbul edilir.Münaqişəyə illər boyu bir sıra ölkələr daxil idi.Bir çox dövlətlər münaqişə vasitəsi ilə regionda öz varlığını əsaslandırıb, maraqlarını həyata keçirə bilirdilər.44 günlük müharibədən, sonra reallıq köhnə modeli tamamilə pozub.İndiki, köhnə oyunçular yeni formatın müəyyən olunması üzrə mübarizəyə başlayıblar.Hətta təsiri olan ölkələr arasında çox ciddi mübarizə gedir.”

Politoloqun fikirincə, Ermənistanın hazırki, hakimiyyəti reallığı qəbul etsədə, ruspərəst müxalifət Paşinyanı irəli addım atmağa qoymur:

“Ermənistanın bu gün ki, hakimiyyəti reallığı başa düşür.Lakin onun daxilində çox güclü ruspərəst müxalifət var.Onlar müxtəlif yollarla Ermənistanın rəhbərliyinə yaranmış vəziyyətlə bağlı istifadə edərək, ona təzyiqlər göstərib, onu daxildən devirmək istəyir.”

Siyasi şərhçi Murad Sadəddinov əlavə etdiki, regional oyunçuların yanaşmaları fərqlidir.

“Xarici faktorlara gəlincə, burda bir çox oyunçular var.Regional oyunçular olan Türkiyə, İran və Rusiyanın yanaşmaları fərqlidir.Türkiyə tezliklə sülhün imzalanmasının tərəfdarıdır.İranın pozucu mövqeyi var.Cənub qonşumuz Ermənistanın Azərbaycanla münasibətlərinin bərpa olunmasını heç cürə istəmir.İran istənilən halda maneçilik törədir.Ermənistan kommunikasiyalarını İran vasitəsi ilə həyata keçirdiyinə görə, ondan aslıdır.Ermənistan Rusiyadan birmənalı olaraq aslıdır.Çünki Ermənistanın iqtisadiyyatı Rusiyanın əlindədir.Rusiya sözdə sülhün tərəfdarı olduğunu desədə, Qarabağa Ruben Vardaniyanı göndərməklə mövqeyini ortaya qoyur.Rusiya çalışır ki, mövzunu əldən buraxmasın.ABŞ-da çalışır ki,Cənubi Qafqazda sülh bərpa olunsun.Fransanın dağıdıcı rolu var.O Ermənistanı dəstəkləyir.Ondanda uzağa gedərək, Azərbaycanfobiyanı inkişaf etdirir.”

Murad Sadəddinov vurğuladı ki, yuxarıda sadaladığı faktorlar bu ildə davam edəcək.

“Sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarda bu faktorlar bu ildə davam edəcək.Bu il Rusiya-Ukrayna müharibəsinin məntiqi sonu müəyyən olunacaq.Bununda MDB-yə təsiri olacaq.Yeni reallıq yaranacaq.Rusiyanın təsir etmə imkanları zəifləyəcək.Türkiyə və Qərbin imkanları artacaq.’’-deyə politoloq fikrini yekunlaşdırdı.

Fərahim RƏHİMOV