Azərbaycan və İndoneziya bu şəxsləri qarşılıqlı vizadan azad edəcəkbackend

Azərbaycan və İndoneziya diplomatik və xidməti pasportların sahiblərini vizadan azad edəcək.

Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.