Azərbaycan və Türkiyə arasında memorandum imzalanacaqbackend

Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycanda rəsmi görüşlər keçirəcək, səfər çərçivəsində iki ölkə arasında “Məhkəmə qərarlarının icrası və probasiya sistemlərinin gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanacaq.

Yılmaz Tunç ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət edəcək.

Onun Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Baş nazirin müavini Şahin Mustafayev, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovla görüş keçirməsi nəzərdə tutulub.