Dünən Cənab Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuq Bayraktarla görüşüb.
Selcuq Bayraktar Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Türkiyədə baş verən ağır zəlzələnin fəsadlarının aradan qaldırılmasına ilk anda reaksiya verən və böyük dəstəyini göstərərək qardaşlıq yardımlarını edən Azərbaycan prezidentinə və xalqına cənab Ərdoğanın təbriklərini çatdırmasını xahiş edib.
Cənab Prezident də salama görə təşəkkürünü bildirib.Onunda salamlarını cənab Ərdoğana çatdırmasını xahiş edib.
Cənab İlham Əliyev görüşdə zəlzələ ilə bağlı , orda həlak olan insanlara Allahdan rəhmət, yaralı insanlara şəfalarının dilənməsini çatdırıb.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlayıb.
Millət vəkili vurğulayıb ki, Prezident bütün bunlarını hər birinin Azərbaycanın qardaşlıq borcunu olduğunu bildirib və söyləyib ki, həm çətin həm də xoş anlarda bir-birimizin yanında oluruq.
“Cənab Prezident bu yaxınlarda Ankaraya səfərini və Cənab Rəcəb Tayyib Ərdoğanla görüşünü, ümumiyyətlə cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri barədə fikirlərini ,əsasəndə Türkiyə prezidentinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə səfərlərinin xüsusi əhəmiyyətini qeyd edib.
Həqiqətən də həmin ərazilərə ilk xarici ölkə rəhbəri olaraq qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər edib.Bu da qardaşlıq nümunəsidir.
Bu onu deməyə əsas verir ki, iki ölkə arasında olan münasibətlər ən yüksək səviyyədədir.
Cənab Prezident Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük uğurlar qazandığını qeyd edib.
Son zamanlar bu sahə Türkiyədə sürətlə inkişaf edir.
Cənab Prezident İlham Əliyev Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikalarının məhv edilməsində “Baykar” şirkətinin aparıcı rol oynadığını vurğulayıb.
Həmişə olduğu kimi cənab prezident iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Müdafiə Sənayesi sahəsi də həmçinin.
Son zamanlar ölkəmizdə də bu sahədə yüksək inkişaf hiss olunur.
Azərbaycanın müdafiə sənayesi sahəsində silahları var ki, dünyanın inkişaf etmiş ölkələri tərəfindən alınır və tətbiq olunur.
Bu bir daha onu deməyə əsas verir ki, ölkəmiz bu sahədə yüksək inkişaf yolundadır”,-deyə o qeyd edib.
Fərahim Rəhimov